Çatdırılma ünvanı
Baku, Azerbaijan
Çatdırılma ünvanını seçin
Fikrimiz sadəsualdan başladı: nəyə görə istədiyimi bir tətbiq üzərindən sifariş edə bilmərəm? Yerli tətbiqlərin vasitəsilə yalnız yemək sifariş etmək mümkündür, gül, paltar, dərman kimi digər məhsulları əldə etmək üçün isə mağazaları İnternetdə axtarmalı və satıcılarla özünüz əlaqə qurmalısınız. Bütün bunlar çox vaxt və səy tələb edir. Məhz bu səbəbdən Bakıda yüzlərlə restoran və mağazanı birləşdirən platformanı – iBox tətbiqini yaratdıq.
Məqsədimiz – onlayn alış-veriş prosesini daha asan və rahat etməkdir. Mükəmməl şəkildə təşkil olunmuş sürücü və kuryer şəbəkəsi sayəsində sifarişinizi bir neçə dəqiqə ərzində alacaqsınız. Təkcə istifadəçilər üçün rahat alış-veriş etmək imkanını yaratmırıq, yerli şirkətlərə öz bazarlarını inkişaf etdirmək fürsəti təklif edirik.
İBox tətbiqini kəşf edin, məhsulları kateqoriya üzrə axtarın, istədiyiniz hər şeyi bir kliklə sifariş edin və bağlamanızın harada olduğunu real vaxt rejimində izləyin! Sizə qalan – sadəcə qapını açıb sifarişi götürməkdir.
Şirkətin adı: İBOX MMC
Şirkətin VÖEN-i: 1306721811