Çatdırılma ünvanı
Baku, Azerbaijan
Çatdırılma ünvanını seçin
Məlumatlarınızın təhlükəsizliyi və məxfiliyi - bizim əsas dəyərimizdir.
Şübhəli və qanunsuz hərəkətlərin qarşısını almaq və məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik. İBox platformalarında qeydiyyatdan keçərkən şəxsi məlumatlarınızı bizə təqdim edirsiniz. Bu məlumatları, sifarişinizi təsdiq etmək, çatdırılma detallarını dəqiqləşdirmək, məhsulları qeyd olunan ünvana çatdırmaq üçün toplayırıq.
Məxfilik siyasətimizlə bağlı suallarınız yaransa, istənilən vaxt iBox dəstəyi ilə əlaqə saxlaya bilərsiniz.
Bu Müqavilənin məqsədləri üçün fərdi məlumatlar 11.05.2010-cu il tarixli “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunduğu kimi şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır.
Fərdi məlumatların toplanması, istifadəsi və qorunması “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11.05.2010-cu il tarixli Qanununa, digər hüquqi aktlara, bu Müqaviləyə və Məxfilik Siyasətinə uyğun olaraq həyata keçirilir.
Platformada hesab yaradaraq və/və ya Platforma Xidmətlərindən istifadə etməyə başlayaraq İstifadəçi Məxfilik Siyasətində və burada göstərilən məqsədlər üçün Fərdi Məlumatların toplanılmasına, istifadəsinə və işlənilməsinə açıq və müstəqil şəkildə razılıq verir.
İstifadəçinin toplanılması, istifadəsi və işlənilməsi üçün razılığını bildirdiyi Fərdi Məlumatlar, bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, Platformanın fəaliyyəti üçün zəruri olan tətbiqlərin təkmilləşdirilməsi, İstifadəçi üçün müxtəlif üstünlüklərin təmin olunması, istifadəçi-əsaslı reklam, satış, marketinq, anketlər, profilləşdirmə, statistik tədqiqatlar və oxşar məqsədlərlə bütün növ elektron ünsiyyət məqsədləri üçün toplanılacaq, istifadə ediləcək və işləniləcəkdir.
Şirkət Fərdi Məlumatları dövlət orqanları, məhkəmələr və həmçinin cinayət istintaq orqanları tərəfindən Şirkətə rəsmi müraciət edildiyi təqdirdə, onlara açıqlayacaqdır. İBox xidmətlərindən yararlanmaq üçün iBox tətbiqində qeydiyyatdan keçməyiniz mütləqdir.
Bizə təqdim etdiyiniz məlumatlar
Qeydiyyat zamanı Google, Facebook və Apple ID hesablarından istifadə edə bilərsiniz. Bundan əlavə, iBox platformasında həyata keçirdiyiniz bütün əməliyyatlar və ödənişlər haqqında məlumatları toplayırıq.
İBox platformalarında qeydiyyatdan keçərək, şirkətin bütün şərtlərini qəbul etdiyinizi təsdiqləyirsiniz.
Platformada hesab yaradarkən və sifariş verərkən İstifadəçidən aşağıdakı məlumatlar tələb olunacaqdır:
Haqqınızda topladığımız məlumatlar
Cihaz haqqında məlumat
Xidmətimizin keyfiyyətini yaxşılaşdırmaq və səhvləri aradan qaldırmaq üçün İBox şirkətinin platformalarını ziyarət etdiyiniz zaman aşağıdakı məlumatları toplayırıq:
Digər məlumatlar:
Kuki faylların istifadəsi
Kukilər əsasən anonim unikal identifikator kimi istifadə olunan kiçik həcmli məlumatlardan ibarət fayllardır. Onlar daxil olduğunuz internet saytlarından sizin brauzerinizə göndərilir və cihazınızın daxili yaddaşında saxlanılır.
Biz xidmətlərimizi sizin üçün daha sürətli etmək, gördüyünüz kontenti daha cəlbedici etmək və, həmçinin, veb-saytımızın trafikini analiz etmək üçün kukilərdən istifadə edirik.Sizin kukiləri qəbul etmək və ya onlardan imtina etmək seçiminiz vardır.
Şəxsi Səhifənin yenilənməsi üçün tələb olunan digər məlumatlar.