Çatdırılma ünvanı

Baku, Azerbaijan

Çatdırılma ünvanını seçin

Baku, Azerbaijan
Ünvanı dəyiş
  • İstifadə Şərtləri və Qaydaları

    iBox.az saytına xoş gəlmisiniz! iBox tətbiqindən və veb-saytından istifadə edərək, İstifadəçi Qaydaları ilə razı olduğunuzu qəbul edirsiniz. 

     

    Zəhmət olmasa, qaydaları diqqətlə oxuyun. iBox veb saytından və bütün xidmətlərdən istifadə etməyiniz, bütün qaydalar və düzəlişlərlə tanış olduğunuzu göstərir. İstifadəçi Qaydaları şəxsi hesabınıza da yayılır. Əgər İstifadəçi Qaydaları ilə razı deyilsinizsə, veb-saytımızı və tətbiqimizi tərk etməyinizi xahiş edirik. İstifadəçi Qaydaları haqqında müqavilə iBox platformasının istifadə standartlarını müəyyənləşdirir. Müqavilənin şərtlərini istənilən vaxt dəyişdirmək hüququmuzu özümüzdə saxlayırıq. Dəyişikliklər və əlavələr dərhal iBox veb-saytında yerləşdiriləcək. Onlardan xəbərdar olmaq üçün veb-saytımızı vaxtaşırı yoxlamağı unutmayın. 

    İstifadəçi Qaydaları Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir. 

     

    Ümumi qaydalar 

    iBox – mağaza və restoranlarda təqdim olunan məhsulları istehlakçılara çatdırmaq üçün yaradılan platformadır. İstifadəçilər çatdırılma xidmətimizdə yararlanıb məhsulları evlərinə sifariş edə və ya sifarişlərini mağazadan özləri götürə bilərlər. Platformaya daxil olmaq və çatdırılma xidmətləri göstərmək üçün kuryerlər və satıcılar iBox ilə müqavilə bağlayırlar. Bu müqaviləyə əsasən, kuryerlər dövlət qanunlarına və qaydalarına riayət etməlidirlər. 

    Sizə yüksək səviyyədə xidmət göstərmək üçün kiçik detallara da diqqət yetiririk. Veb-saytda və tətbiqdə yarana biləcək səhvlər üçün öncədən üzr istəyirik. 

    “iBox xidməti” həm veb sayt, həm də iBox tətbiqetməsini nəzərdə tutur. 

     

    1. ANLAYIŞLAR

     

    • MÜQAVİLƏ, hazırkı İstifadəçi Şərtləri və Qaydalarıdır;
    • PLATFORMA, müxtəlif satıcılar tərəfindən satışa çıxarılan məhsulların İstifadəçi tərəfindən nəzərdən keçirildiyi və sifariş olunduğu, Şirkətə məxsus və Şirkət tərəfindən idarə olunan və [veb-səhifənin ünvanını qeyd edin] veb-ünvanı əsasında fəaliyyət göstərən virtual platformadır;
    • SATICI, Şirkətlə bağlanılmış müqavilə əsasında Platformada müxtəlif məhsulları satan fiziki və ya hüquqi şəxsdir;
    • PLATFORMA XİDMƏTLƏRİ, Platforma vasitəsilə təqdim edilən məhsulların və müvafiq xidmətlərin satışıdır;
    • İSTİFADƏÇİ yaxud SİZ, Platformada hesab yaradaraq qeydiyyatdan keçən və Platforma Xidmətlərindən yararlanan fiziki şəxsdir;
    • ALICI, İstifadəçidir;
    • KURYER, Platforma tərəfindən Kuryer Tətbiqi vasitəsi ilə təyin olunan və İstifadəçi tərəfindən sifariş olunan məhsulların çatdırılmasını həyata keçirən kuryerdir;
    • KURYER TƏTBİQİ, Kuryerə Platforma vasitəsilə edilən sifarişlərin çatdırılmasını həyata keçirmək üçün müvafiq sifarişləri izləməyə, təsdiqləməyə və ləğv etməyə imkan verən tətbiqdir;
    • SİFARİŞ, Platforma vasitəsilə İstifadəçi tərəfindən satın alınan məhsulların sifarişidir;
    • MOBİL TƏTBİQ, mobil telefonlardan asanlıqla daxil olmaq üçün hazırlanmış Platforma tətbiqidir;
    • ŞƏXSİ HESAB, İstifadəçinin özü ilə əlaqəli məlumatları görə, dəyişdirə və silə bildiyi Platformadakı virtual profil səhifəsidir;
    • FƏRDİ MƏLUMATLAR, Bu Müqavilənin 5.1-ci maddəsində qeyd olunan anlayışdır;
    • MƏXFİLİK SİYASƏTİ, Fərdi Məlumatların qorunması və açıqlanması ilə bağlı müddəaları özündə ehtiva edən sənəddir.

     

     

     

    1. MÜQAVİLƏNİN PREDMETİ

     

    Hazırkı Müqavilə İstifadəçi tərəfindən Platforma Xidmətlərindən istifadə qaydalarını tənzimləyir. 

     

    İstifadəçi bu şərtləri və qaydaları qəbul etməklə, hazırkı Müqavilənin şərtlərinə əməl etməyə razılaşır. İstifadəçi bu Müqavilədə nəzərdə tutulmuş şərtləri və qaydaları qəbul etməkdən imtina edərsə və ya qəbul etmək niyyətində deyilsə, o, Platforma Xidmətlərindən istifadə edə bilməyəcəkdir. 

     

    Burada təsvir olunan öhdəliklərini nəzərə alaraq, Şirkət heç bir halda satıcı qismində çıxış etmir və yalnız Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Platforma Xidmətlərinin göstərilməsi üzrə agent qismində çıxış edir. 

     

    Bu Müqavilə Satıcı ilə Alıcı arasında və ya Satıcı ilə Şirkət arasındakı münasibətləri tənzimləmir. 

     

    1. PLATFORMADAN İSTİFADƏ

     

    1. Qeydiyyat və hesab

     

    Platforma Xidmətlərindən yararlanmaq üçün İstifadəçi 18 və ya daha yuxarı yaşda olmalıdır. 

     

    Platforma Xidmətlərindən yararlanmaq üçün İstifadəçi hazırkı Müqavilənin şərtlərini və müddəalarını qəbul edərək istifadəçi hesabı yaradacaq və Platformada qeydiyyatını tamamlayacaqdır. 

     

    Qeydiyyat məqsədləri üçün istifadəçi hesabı məlumatları tələb olunur. Bu cür məlumatlar sırasına İstifadəçinin adı və soyadı, yaşı, yaşayış ünvanı, cinsi və digərləri daxildir. İstifadəçi özü haqqında faktiki və həqiqi məlumatları qeydiyyat formasına daxil etməlidir. 

     

    İstifadəçi Platforma Xidmətlərindən yararlanmaq üçün etibarlı kredit/debit kartı və ya digər ödəniş vasitəsi barədə məlumatları təqdim etməlidir. Ödənişlər Platformada mövcud olan müvafiq ödəniş provayderi vasitəsilə həyata keçirildiyi üçün nə Şirkət, nə də Platforma ödəniş üsulu haqqında təqdim edilmiş məlumatları özündə saxlamır. İstifadəçi ödəniş üsulu barədə məlumatlarını daim yeni saxlamalıdır. 

     

    İstifadəçi Şəxsi Səhifəsinə daxil olmaq üçün təqdim etdiyi məlumatların və rekvizitlərin məxfi saxlanılmasını və üçüncü şəxslər tərəfindən əlçatan olmamasını təmin etməlidir. Şirkət, həmçinin bu Müqavilənin 5-ci maddəsinə uyğun olaraq İstifadəçi tərəfindən təqdim edilən məlumatları mühafizə edəcək və saxlayacaqdır. 

     

    İstifadəçi Şəxsi Səhifəsinə daxil olmaq üçün istifadəçi adı və şifrə təyin etməlidir. Bu cür giriş digər provayderlər vasitəsilə də yerinə yetirilə bilər (məsələn, Facebook, Google və s.). Şəxsi Səhifəyə daxil olmaq və Platforma Xidmətlərindən yararlanmaq üçün tələb olunan istifadəçi adının və şifrənin məxfiliyinin qorunması və təhlükəsizliyi yalnız İstifadəçinin məsuliyyətindədir. 

     

    İstifadəçi bununla qəbul edir, bəyan edir və bildirir ki, onun istifadəçi adı və şifrəsi ilə həyata keçirilən əməliyyatlar şəxsən özü tərəfindən həyata keçirilmişdir və bunun nəticəsində dəymiş zərərə görə yalnız özü məsuliyyət daşıyır. 

     

    İstifadəçinin yalnız bir şəxsi istifadəçi hesabı ola bilər. 

     

    1. Xidmətlər

     

    iBox, tətbiqdə mövcud olan restoranlar və mağazalar siyahısından qida, geyim və digər kateqoriyalar üzrə çatdırılma xidmətini təqdim edən onlayn platformadır. Biz, tətbiqimizdə mövcud olan əşyalara sahib deyilik, onları satmırıq və ya istehsal etmirik. Çatdırılma xidmətinin yerinə yetirilməsinə nəzarət edirik, satıcılarla sizin aranızda vasitəçi kimi fəaliyyət göstəririk. 

     

    1. Platforma Xidmətlərindən İstifadə və Sifarişlər

     

    iBox, tətbiqdə mövcud olan restoranlar və mağazalar siyahısından qida, geyim və digər kateqoriyalar üzrə çatdırılma xidmətini təqdim edən onlayn platformadır. Biz, tətbiqimizdə mövcud olan əşyalara sahib deyilik, onları satmırıq və ya istehsal etmirik. Çatdırılma xidmətinin yerinə yetirilməsinə nəzarət edirik, satıcılarla sizin aranızda vasitəçi kimi fəaliyyət göstəririk. 

     

    Platforma satıcılara məhsullarını reklam etmək və satmaq üçün virtual platforma təqdim edir. İstifadəçi Platformada fərqli satıcıların müxtəlif məhsulları ilə bağlı məlumatlarla tanış ola bilər. 

     

    İstifadəçi Platformada satılan bir və ya daha çox məhsulu ala bilər. İstifadəçi məhsul alarkən məhsulun qiyməti Platformada qeydiyyatdan keçərkən İstifadəçi tərəfindən təqdim olunan bank kartından (və ya digər ödəniş vasitəsindən) tutulur. Şirkət, Satıcı və Şirkət arasında imzalanmış müqaviləyə uyğun olaraq məhsulun dəyərini Satıcının müvafiq bank hesabına köçürür.    

     

    Satış həyata keçirildikdən sonra müvafiq Sifariş tələbi Şəxsi Səhifədə yerləşdirilir və Satıcı Platforma vasitəsilə müvafiq qaydada məlumatlandırılır. 

     

    İstifadəçi Şəxsi Səhifə vasitəsilə xəbərdar edilir və Sifariş qəbul edildikdən sonra İstifadəçi və Satıcı Alqı-Satqı Müqaviləsi bağlayır. 

     

    Sifariş olunan məhsullar tütün məmulatları və/və ya alkoqollu içkiləri əhatə edirsə, İstifadəçi ən az 18 yaşında olduğunu təsdiqləyən etibarlı şəxsiyyət vəsiqəsini Kuryerə təqdim etməlidir. Sözügedən şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi çatdırılmadan imtina edilməsi və Sifarişin ləğv olunması ilə nəticələnir. 

       

    1. Sifarişin yerləşdirilməsi

     

    Sifarişiniz təsdiq olunduqdan sonra mağaza işçiləri məhsulun anbarda mövcud olduğunu yoxlayır və sifarişinizi qəbul edirlər. Sifarişiniz restoran və ya mağaza tərəfindən qəbul edildikdən dərhal sonra sizə təsdiq mesajını göndərəcəyik. 

     

    Sifarişiniz restoran və ya mağaza tərəfindən təsdiqləndikdən sonra məhsullarınızı çatdıracaq kuryer müəyyənləşdiriləcək. 

     

    Sifarişinizin işlənməsi zamanı xəta baş verərsə, sizi tətbiqetmə və ya SMS vasitəsilə xəbərdar edəcəyik. 

     

    1. Sifarişin çatdırılması

     

    Sifarişiniz təsdiq olunduqdan sonra məhsullarınızın təxmini çatdırılma müddəti müəyyənləşdiriləcək.  Çatdırılma müddəti dəqiq deyil və dəyişə bilər. Kuryer sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq. 

     

    Çatdırılma müddətinin əks olunmasında problem yaranarsa, xahiş edirik dəstək xidmətimizlə əlaqə saxlayın. Problemi qısa müddət ərzində həll etməyə çalışacağıq. 

     

    Sifarişlərinizi Bakı şəhəri daxilində çatdırırıq, ancaq bəzi nöqtələrdə çatdırılma problemi yarana bilər. Bu halda sizi əvvəlcədən xəbərdar edib, sifarişi ləğv edəcəyik və ya sifarişinizi alternativ ünvana çatdıracağıq. 

     

    Bizdən asılı olmayan hədisələr səbəbindən gecikən sifarişlərə görə biz məsuliyyət daşımırıq. 

     

    Sifariş edilmiş məhsul Satıcı tərəfindən lazımi qaydada qablaşdırılır və Kuryer tərəfindən İstifadəçinin təqdim etdiyi ünvana çatdırılır. 

     

    Kuryer, Kuryerin (və onun əməkdaşlarının) uyğunluq vəziyyətinə, sifariş edilmiş məhsulun növünə və məsafəsinə müvafiq olaraq Kuryer Tətbiqi vasitəsi ilə Platforma tərəfindən təyin olunur. 

     

    Çatdırılma ünvanı İstifadəçinin Şəxsi Səhifəsində qeyd etdiyi, yaxud ən son seçdiyi ünvandır. İstifadəçi çatdırılma üçün faktiki və həqiqi ünvanı daxil etməyə görə məsuliyyət daşıyır. 

     

    Sifariş edilmiş məhsulun çatdırılma xərcləri İstifadəçidən tutulur. Bu müddəa: i) Satıcının çatdırılma xərclərini ödəməyi qəbul etdiyi; və ii) məhsulun pulsuz çatdırılma üçün nəzərdə tutulduğu hallara şamil olunmur. 

     

     

    1. Məhsulların təsvirləri və qiymətləri

     

    Veb-saytımızda məhsulların real qiymətləri əks olunur. Məhsulu sifariş etdikdə həmin vəsait kartınızdan silinəcək. 

     

    Malların dəyəri saytda göstərilən qiymətdən yalnız aksiya və endirimlər tətbiq edildikdə fərqlənə bilər. 

     

    Platformada satılan məhsulların yazılı və qrafik təsvirlərinə görə Şirkət məsuliyyət daşımır. Məhsulların təsvirləri müvafiq Satıcı tərəfindən müəyyən edilir və Satıcının qərarına əsasən yenilənir. 

     

    Məhsulların qiyməti, endirimlər və digər kampaniyalar Satıcı tərəfindən müəyyən edilir. İstifadəçi məhsulun təsvirinin və ya qiymətinin reallığı əks etdirmədiyi qənaətində olarsa, Platformada mövcud olan əlaqə məlumatları ilə Satıcıya müraciət edə bilər. 

     

    Satıcı Platformadakı məhsulların mövcudluq vəziyyətinin vaxtında yenilənməsinə görə də məsuliyyət daşıyır. 

     

    1. Ödənişlər

     

    İBox tətbiqində alış-veriş etmək üçün debet və ya kredit kartından istifadə edə bilərsiniz. Sifariş kuryer tərəfindən çatdırıldıqda, vəsait katrınızın balansından silinəcək. 

     

    Müştəri məlumatlarının qorunmasına böyük diqqət yetiririk. Kredit və ya debet kartlarınız haqqında məlumatı serverlərimizdə saxlamırıq. Əlavə sualınız yaransa, dəstək xidmətimizə müraciət edə bilərsiniz. 

     

    Satın alınan məhsulların dəyəri hazırkı Müqavilənin 3.1.4-cü maddəsində qeyd olunan İstifadəçinin kredit/debit kartından və ya digər ödəniş vasitəsindən Şirkət tərəfindən Platformada mövcud olan ödəniş provayderi vasitəsi ilə avtomatik olaraq tutulacaqdır. 

     

    İstifadəçinin ödəmə öhdəliyi Platformada məhsul satın aldıqda yaranır. Ödəniş yalnız Platformadakı müvafiq onlayn ödəmə vasitəsindən istifadə etməklə edilə bilər. İstifadəçi bununla Platforma vasitəsi ilə sifariş verilmiş məhsullar ilə bağlı nağd qaydada heç bir ödəniş etməyəcəyini təsdiq edir. 

     

    İstifadəçinin Platforma vasitəsi ilə sifariş verdiyi məhsullarla bağlı Satıcı qarşısında heç bir ödəniş öhdəliyi yoxdur. İstifadəçinin aldığı məhsulun dəyəri Şirkət tərəfindən tutulduqdan sonra o, Satıcıya qarşı öhdəliklərini yerinə yetirmiş sayılır. Şirkət sifariş edilən məhsulun dəyərini Satıcı ilə imzaladığı müqaviləyə uyğun olaraq Satıcının müvafiq bank hesabına köçürür. 

     

    Sifariş verilmiş məhsullarla əlaqədar elektron ödəniş qəbzi Şirkət tərəfindən İstifadəçinin Platformada qeydiyyatdan keçərkən təqdim etdiyi elektron poçt ünvanına göndərilir. Nəzarət-kassa aparatı çekinin və ödəniş qəbzi İstifadəçiyə çatdırılacaq məhsulun qablaşdırmasına əlavə edilir. 

     

     

     

    1. Sifarişin verilmiş məhsulun və ödənişin geri qaytarılması

     

    Sifarişinizi ləğv etmək istədiyiniz halda, iBox xidməti ilə mümkün qədər tez əlaqə saxlamağınız xahiş olunur. 

     

    Ləğv olunan sifarişlərə görə, mərhələsindən asılı olaraq ödəniş tələb oluna bilər. Tələb olunan məbləğ haqqında sizə məlumat veriləcək. 

     

    İstifadəçi sifariş verilmiş məhsulları geri qaytara bilər. Bu zaman İstifadəçi sifariş verilmiş məhsulları onların çatdırılma tarixindən sonrakı 14 (on dörd) gün müddətində müvafiq Satıcının Satış nöqtəsinə geri qaytarmalıdır. 

     

    İstifadəçi Satıcının satış nöqtəsini müəyyənləşdirmək üçün Satıcı və ya Satıcının müştəri xidməti ilə əlaqə saxlaya bilər. 

     

    Nəzarət-kassa aparatı çeki və ödəniş qəbzi İstifadəçi tərəfindən qaytarılacaq məhsula əlavə edilməlidir. 

     

    Geri qaytarılan məhsullar istifadə olunmamış və yenidən satıla bilən vəziyyətdə olmalıdır. Geri qaytarılan məhsulların sayının hər hansı bir şəkildə azaldılması və ya dəyişdirilməsi halında İstifadəçi ödənişin tam geri qaytarılması hüququna malik deyil. 

     

    Məhsulların Satıcının satış nöqtəsinə qaytarılması üçün bütün xərclər İstifadəçinin məsuliyyətindədir. 

     

    Şirkət, Satıcı tərəfindən qaytarılmış məhsulların təhvil alınması barədə müvafiq qaydada məlumatlandırıldıqdan və ləğv bildirişini aldıqdan sonra İstifadəçi tərəfindən Platforma vasitəsi ilə həyata keçirilmiş ödənişi 20 (iyirmi) gün ərzində İstifadəçiyə geri qaytarır. 

     

    Məhsulun dəyəri bu Müqavilənin 3.1.4-cü maddəsində qeyd olunan müvafiq ödəniş vasitəsinə geri qaytarılır. 

     

    Məhsulun dəyəri geri qaytarılarkən çatdırılma xərclərini nəzərə alınmır. 

     

    1. Qüsurlu məhsullar

     

    İstifadəçi sifariş edilmiş məhsulların dərhal yoxlanılmasına görə məsuliyyət daşıyır. İstifadəçi sifariş olunmuş məhsulla əlaqəli hər hansı bir qüsur və ya başqa bir deformasiya aşkar edərsə, dərhal Şirkətə və Satıcıya müvafiq qaydada məlumat verməlidir. 

     

    Məhsulun qüsuru Şirkət və ya Satıcı tərəfindən təsdiqlənərsə, sözügedən məhsul İstifadəçinin müvafiq bildirişinin tarixindən etibarən 20 (iyirmi) gün ərzində müvafiq Satıcının satış nöqtəsinə qaytarılır. 

     

    Qüsurlu məhsul, mümkün olarsa, yenisi ilə əvəz edilir və Satıcı tərəfindən İstifadəçiyə çatdırılır. Bu halda çatdırılma xərclərinə görə Satıcı məsuliyyət daşıyır. 

     

    Qüsurlu məhsulun dəyişdirilməsi mümkün deyildirsə, məhsulun dəyəri bu Müqavilənin 3.4.6 və 3.4.7-ci maddələrində göstərilən müddətdə və qaydada İstifadəçiyə geri qaytarılır. 

     

    1. Qiymətləndirmə və rəylər

     

    İstifadəçidən Platformada satın alınan məhsullar və çatdırılmanın keyfiyyəti ilə bağlı rəylər istənilə bilər. 

     

    İstifadəçi, bununla, rəy bildirərkən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, bu Müqavilənin müddəalarına və etik davranış qaydalarına riayət etməyi öhdəsinə götürür. 

     

     

    1. Əlaqə 

     

    İstifadəçi Platformada satılan məhsullarla əlaqədar Satıcı ilə onun Platformadakı əlaqə məlumatları vasitəsi ilə əlaqə qura bilər. 

     

    İstifadəçi dəstək səhifəsi vasitəsi ilə hər hansı bir texniki çətinlik, ödənişin geri qaytarılması, məlumatların qorunması və digər əlaqəli məsələlər ilə bağlı Şirkətlə əlaqə saxlaya bilər. 

     

    Platformada qeydiyyatdan keçərkən təqdim olunan İstifadəçinin elektron poçt ünvanı və mobil telefon nömrəsi əlaqə məqsədləri üçün əsas vasitə kimi qəbul ediləcəkdir. 

     

    İstifadəçi, bununla, həm Satıcı, həm də Şirkətlə əlaqə saxlayarkən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, hazırkı Müqavilənin müddəalarına və etik davranış qaydalarına riayət etməyi öhdəsinə götürür. 

     

     

     

    1. Tətbiq icazələri

     

    Mobil Tətbiqdən istifadə edərkən, İstifadəçi mobil cihazı üçün Şirkətə müəyyən icazələr verə bilər. İstifadəçi bu cür icazələr vermək niyyətində deyilsə, Mobil Tətbiqdən istifadə edə bilməyəcəkdir. 

     

     

    1. Platformada yeniləmələr

     

    Şirkət Platformanın texniki təminatını yaxşılaşdırmaq məqsədilə Platformada vaxtaşırı texniki dəyişikliklər və yeniləmələr etmək hüququna malikdir. 

     

    Bu cür dəyişikliklər və yeniləmələr birtərəfli qaydada və İstifadəçiyə heç bir xəbərdarlıq edilmədən həyata keçiriləcəkdir. 

     

    İstifadəçi bununla razılaşır və öhdəlik götürür ki, o, heç bir şəkildə Şirkətin bu cür dəyişiklik və yeniləmələr etməsinə mane olacaq hərəkət və ya hərəkətsizlik etməyəcəkdir. 

     

    1. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

     

    1. İstifadəçinin hüquqları

     

    • Bu Müqaviləyə uyğun olaraq Platforma Xidmətlərindən yararlanmaq;
    • Platforma vasitəsilə satılan məhsullar haqqında məlumat tələb etmək;
    • Platformada mövcud olan əlaqə vasitəsi ilə Satıcı və Şirkətlə əlaqə saxlamaq;
    • Sifarişin vəziyyəti barədə Kuryerlə əlaqə saxlamaq;
    • Qüvvədə olan qanunvericiliyin və bu Müqavilənin tələblərinə uyğun olaraq məhsulları geri qaytarmaq;
    • Sifarişlər, onların statusu və təyin olunmuş Kuryer haqqında Şirkətdən məlumat almaq;
    • Platformadakı İstifadəçi statusuna xitam vermək;
    • Rəy bildirmək;
    • Səlahiyyətli dövlət orqanlarında və müvafiq məhkəmələrdə hüquqlarını və qanuni mənafelərini qorumaq;
    • Bu Müqavilədən və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən irəli gələn digər hüquqları həyata keçirmək.

     

    1. İstifadəçinin öhdəlikləri

     

    • Bu Müqavilənin 3.1.3-cü maddəsində göstərilən məlumatları təqdim etmək;
    • Şirkət maraqlarına zidd hər hansı hərəkət və ya hərəkətsizlik etməmək;
    • Sifarişin çatdırılması üçün ünvanı düzgün qeyd etmək;
    • Platformada satın alınan məhsulların dəyərini ödəmək;
    • Şirkətə və ya Satıcıya qarşı etik davranış qaydalarına riayət etmək;
    • Platformanı qismən və ya tamamilə zədələyə və ya dəyişdirə biləcək fəaliyyətlərlə məşğul olmamaq;
    • Yanlış və yanıldıcı məlumatlar təqdim edərək Platformada hesab yaratmamaq;
    • Üçüncü şəxslərə aid məlumatlar təqdim edərək Platformada hesab yaratmamaq;
    • Razılıqlarını almadan digər istifadəçilər haqqında məlumat toplamamaq;
    • Platformada əlaqə saxlayarkən və rəy bildirərkən etik davranış qaydalarına riayət etmək;
    • Məzmununa cinayət, qüvvədə olan olunan qanunvericiliyin pozulması, təhdid, təhqiredici və/və ya həqarətli marketinq, alçaldıcı, vulqar təsvirlər və pornoqrafik, yaxud ədəbsiz təfərrüatlar daxil ola biləcək hər hansı rəy göndərməmək və ya bildirməmək;
    • Hər hansı spam, lazımsız və istənilməyən elektron poçt və/və ya zəncir məktublar yaymamaq;
    • Platformada satılan məhsulların qiymətlərini manipulyasiya etməmək;
    • Platformanın verilənlər bazasına virus yoluxması, zərərli proqram təminatı və ya Platformaya texniki cəhətdən zərər verə biləcək hər hansı bir vasitə ilə zərər verməmək;
    • Platforma Xidmətlərinə daxil olmaq üçün heç bir robot, məlumat toplayıcı və ya digər avtomatlaşdırılmış alətlərdən istifadə etməmək;
    • Qüvvədə olan qanunvericiliyin, bu Müqavilənin və Şirkət tərəfindən təqdim olunan digər siyasət və təlimatların tələblərini pozmamaq;
    • Müstəqil olaraq hüquqi qüvvəyə malik müqavilələr bağlaya bilmədiyi təqdirdə (məsələn, 18 yaşdan aşağı olduqda və s.) Platforma Xidmətlərindən istifadə etməmək;
    • Platformadan müvəqqəti və ya qeyri-müəyyən müddətə kənarlaşdırıldığı təqdirdə Platforma Xidmətlərindən istifadə etməmək;
    • Şirkətə aid olan və ya Şirkət tərəfindən lisenziyalaşdırılan müəlliflik hüququ, ticarət nişanı, patent və digər əqli mülkiyyət hüquqlarına xələl yetirməmək;
    • Bu Müqavilədən və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

     

    1. Şirkətin hüquqları

     

    • Platformanın texniki təminatını yaxşılaşdırmaq üçün Platformada vaxtaşırı texniki dəyişikliklər və yeniləmələr etmək;
    • İstifadəçidən Platforma Xidmətlərindən istifadə edərkən qüvvədə olunan qanunvericiliyin tələblərinə, bu Müqaviləyə və Şirkət tərəfindən təqdim olunan digər siyasət və qaydalara riayət etməsini tələb etmək;
    • Səlahiyyətli dövlət orqanlarında və müvafiq məhkəmələrdə hüquqlarını və qanuni mənafelərini qorumaq;
    • Bu Müqavilədən və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən irəli gələn digər hüquqları həyata keçirmək.

     

     

    1. Şirkətin öhdəlikləri

     

    • İstifadəçi tərəfindən tələb olunduqda Sifarişlər, onların statusu və təyin olunmuş Kuryer barədə İstifadəçini məlumatlandırmaq;
    • Göstərilən xidmətlərin keyfiyyətini ölçmək üçün sorğular keçirmək və rəylər istəmək;
    • Bu Müqaviləyə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq İstifadəçiyə ödənişin geri qaytarılmasını təmin etmək;
    • Bu Müqavilədən və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

     

     

    1. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI

     

    İBox platformasına aid olan materiallar, sənədlər və əqli mülkiyyət hüquqları müstəsna olaraq iBox-a və lisenziarlara məxsusdur. Əqli mülkiyyət hüquqlarına müştəri bazası, şəkillər, patentlər, dizaynlar, əmtəə nişanları və digər əqli mülkiyyət formaları daxildir. 

     

    İstifadəçi Qaydaları ilə razılaşmaqla, iBox platformasında təqdim olunan məlumat və materialların icazəsiz istifadə etməyəcəyinizi təsdiq edirsiniz. Yazılı icazə olmadan materialları kopyalamaq, yaymaq və yayımlamaq olmaz. 

     

    Şirkət markasına və loqosuna və Mobil Tətbiqə, domen adına, onların dizaynına, müvafiq tətbiqlərə və proqram təminatına və Şirkət və ya onun filialları tərəfindən yaradılan hər hansı digər məzmun üzərində bütün qanuni və müstəsna hüquqlarını qoruyur. 

     

    İstifadəçi Şirkətin yazılı razılığı olmadan Şirkət və ya onun filialları ilə əlaqədar hər hansı bir əqli mülkiyyət hüququndan istifadə edə, onları paylaşa, yaya, nümayiş etdirə və ya çoxalda bilməz. 

     

    İstifadəçinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində Şirkətin və/və ya onun filiallarının əqli mülkiyyət hüquqları pozularsa, o, Şirkətə və/və ya onun filiallarına dəymiş bütün birbaşa və dolayı zərərlərə görə məsuliyyət daşıyır və dəymiş zərərin əvəzini ödəməlidir. 

     

     

    1. TƏSDİQ VƏ ZƏMANƏTLƏR

     

    Bu Müqavilənin məqsədləri üçün İstifadəçi bununla təsdiq edir və zəmanət verir ki, o,: 

    • Müstəqil olaraq hüquqi qüvvəyə malik müqavilələr bağlaya bilər;
    • Platformada qeydiyyatdan keçmək və Platforma Xidmətlərindən yararlanmaq üçün tələb olunan müvafiq yaşdadır;
    • Heç vaxt Platformadan müvəqqəti və ya daimi olaraq kənarlaşdırılmamışdır.

     

     

    1. MƏSULİYYƏT

     

    İstifadəçi bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi halında, Şirkət qarşısında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır və dəymiş zərərin əvəzini ödəməlidir. 

     

    İstifadəçi, özünün hərəkət və ya hərəkətsizliyi nəticəsində Satıcıya dəymiş zərərə görə də məsuliyyət daşıyır. Bu müddəa Şirkətin hərəkət və ya hərəkətsizliyi nəticəsində zərər dəydiyi hallara şamil edilmir. 

     

    İstifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində Şirkətin işgüzar nüfuzunun itirildiyi və ya ona xələl yetirildiyi hallarda, İstifadəçi Şirkət qarşısında tam məsuliyyət daşıyır və Şirkətə dəymiş zərəri tam şəkildə ödəməyə borcludur. 

     

    1. MÜQAVİLƏYƏ DƏYİŞİKLİKLƏR

     

    Şirkət bu Müqaviləni, eləcə də Məxfilik Siyasətini və Platforma vasitəsi ilə təqdim olunan hər